Bizim həyatımız neftsiz çox fərqli olardı. Neft bizim həyatımıza böyük faydalar gətirir. Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) Həyatımızda vacib əhəmiyyəti olan neft həm də müasir iqtisadiyyatın qanı hesab edilir. İndi neftlə bağlı maraqlı, lakin çox az insana məlum olan faktlar və doğru kimi qəbul edilib əslində yanlış olan məlumatlarla tanış ola bilərsiniz: Hər 1-barel çıxarılan neftin ancaq yarısı benzinə çevrilir, qalan yarısı isə bir çox müxtəlif məhsulların istehsalında istifadə olunur. Yaxın keçmişdə benzinin qiyməti çox ucuz olub, çünki o yararsız məhsul hesab edilirdi. Təxminən 150 il bundan əvvəl benzin tullantı hesab edilir, ən yaxşı halda ləkə əleyhinə maddə kimi istifadə olunurdu. Bir çox neftayırma şirkətləri benzin satılmadığından onu yararsız bir maddə kimi çaya axıdırdılar. ABŞ-ın hər gün 19 milyard bareldən çox neft istifadə etdiyini bilirdinizmi? Bu qara qızıl haqqında başqa maraqlı məlumatları öyrənmək üçün Neft dünyasına səyahət