ABŞ-ın Demokratlar Partiyası keçmiş vitse-prezident Co Baydenin cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib. “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın Miluokidəki (Viskonsin ştatı) ümummilli qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub. Səsvermə pandemiya ilə əlaqədar olaraq virtual formatda keçirilib. Bayden artıq tələb olunan minimum səs həddini keçib - 2 374. 35 ildən çox Delaver ştatından senator seçilən və Obama administrasiyasında vitse-prezident vəzifəsini icra edən Bayden iradəli və təcrübəli demokratlardan biri hesab olunur. Bayden seçkidə qalib gələrsə, andiçmə vaxtı 78 yaşı olacaq. Bununla da ABŞ-ın ən yaşlı prezidenti kimi tarixə düşəcək. Bayden 1973-2009-cu illərdə Delaver ştatından senator seçilib. O, ölkənin xarici siyasətində ən nüfuzlu şəxslərdən biri olub və dəfələrlə ABŞ Konqresinin Yuxarı Palatasında (Senat) xarici işlər komitəsinin sədri seçilib. Senator olaraq Bayden, Vaşi
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
19 августа 202019 авг 2020
1 мин