İmla lahiyəsi süni intellektin köməyi ilə şifahi nitqin mətnə və ya yazılı nitqi şifahi nitqə çevrilməsi məqsədi ilə yaradılmış nitqin tanınmasını həyata keçiriən sistemdir. "Report"un xəbərinə görə, layihənin hədəfi Azərbaycan dilini yüksək dəqiqliklə ifadə edə bilən bir modelin təkmilləşdirilməsi və bunun müvafiq sahələrdə tətbiq olunmasıdır. Layihə rəhbəri Toğrul Səməd və süni intellekt üzrə baş mühəndis isə Fərid Həziyevdir. Layihə müəllifləri deyir ki, hal-hazırda @ImlaYazBot vasitəsilə səslər və fayllar mətn formatına 85% dəqiqliklə çevrilə bilir: "Bizim hədəfimiz isə dəqiqlik dərəcəsini 95%-dən çox artırmaqdır. İstifadəçilərin xidmətlərimizdən maksimum faydalana bilməsi üçün onu bir neçə formatda təklif etməyi planlaşdırmışıq. Bu xidmətlərə Chrome addon və mobil tətbiq də daxildir. Xidmətlər istifadəçilərə tamamilə ödənişsiz qaydada təklif olunacaqdır. Bizneslər isə API üzərindən xidmətlərdən faydalana biləcəklər. Sistemin nitqi düzgün tanıya bilməsi üçün dilimizdəki hər bir s
Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik var
14 августа 202014 авг 2020
3 мин