Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması, əsasən istifadəçilərin şəbəkə qurğularının (router və modemlər) ələ keçirilərək “Wi-Fi” şəbəkə adlarının arzuolunmaz şəkildə dəyişdirildiyi halları müşahidə edilir. Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYT) bildirilib. Məlumata görə, Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən insidentlər araşdırılır. Araşdırmalar nəticəsində hücumların baş verməsinin əsas səbəbinin şəbəkə qurğularının təhlükəsizliyi üçün sadə təhlükəsizlik tənzimləmələrinin tətbiq edilməməsinin olduğu müəyyən edilib. Belə ki, qurğular üçün standart və zəif parollardan (admin, password, 12345 və s.), şəbəkə adlarında müəyyənləşdirici məlumatlardan (ad, soyad, telefon nömrəsi, ünvan və s.) istifadə olunub, eləcə də proqram təminatı yeniləmələri aparılmayıb. "Belə ki, evimizdə olan bütün qurğular (telefon, kompüter, smart qurğular və s.) internetə router cihazı vasi
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlandı
14 августа 202014 авг 2020
3 мин