Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 171-ə yüksəlib. “Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, partlayış nəticəsində 30-40 nəfər itkin düşüb. Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.
Beyrutda partlayışda ölənlərin sayı 170-i ötdü
11 августа 202011 авг 2020
~1 мин