Найти тему
Report Informasiya Agentliyi

Tramp Livana "əhəmiyyətli dərəcədə" kömək vəd verdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Livana "əhəmiyyətli" kömək edəcək.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Çox ölkələr (Livana-red) kömək etməyə hazırlaşırlar", - Tramp jurnalistlərə deyib. ABŞ rəhbəri Fransa prezidenti Emmanuel Makronun çağırdığı Livana yardım üzrə liderlər qrupunun müşavirəsində iştirak edib.

ABŞ-ın Livana nə qədər vəsait ayıracağı barədə suala Tramp belə cavab verib: "Bu, əhəmiyyətli olacaq".

O, xatırladıb ki, ABŞ daha əvvəl Beyruta yardımla üç hərbi-nəqliyyat təyyarəsi göndərib.

Dağıdıcı partlayış avqustun 4-də Beyrutun dəniz limanında, Livanın Hərbi-Dəniz Qüvvələrinin bazası yaxınlığında baş verib.