Almaniyanın "Bavariya" və Fransanın PSJ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçının hakimləri açıqlanıb. "Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib. Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq. 4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək. Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ - "Bavariya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
PSJ - "Bavariya" matçının hakimləri açıqlandı
20 августа 202020 авг 2020
~1 мин