Koronavirus pandemiyası səbəbindən fevralda qeyri-müəyyən müddətədək təxirə salınmış "Formula 1" üzrə Çin Qran-prisi ləğv olunub.
"Report" xəbər verir ki, bu barədə "Gptoday.com" nəşri məlumat yayıb.
Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi bildirilib.
Artıq bununla bağlı bilet alan tamaşaçılar məlumatlandırılıb.
Çin hökuməti daha əvvəl Tokio-2020 Yay Olimpiya Oyunlarının test yarışları istisna olmaqla, ölkədə 2020-ci ilin sonunadək idman tədbirlərinin təşkilinə qadağa qoyub.
Qeyd edək ki, indiyədək Bəhreyn, Vyetnam, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.
"Formula 1"də yeni mövsümə iyulun 3-də Avstriyada start verilib.