Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir. Xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır. "Report" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytı məlumat yayıb. Araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq,
Terrorçuluğa görə axtarışa verilən “Muxtar” ləqəbli şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub
29 июля 202029 июл 2020
1 мин