İtaliya A Seriyasında 23-cü tura yekun vuruldu. Bu tur qapılara ümumilikdə 33 qol (orta hesabla hər oyuna 3,3 qol) vuruldu. Ən məhsuldar oyun kimi turun mərkəzi matçını qeyd etmək olar. "Milan derbisi”ndə ümumilikdə 6 dəfə torlar sirkələndi. "İnter” 1983-cü ildən bəri ilk dəfə ardıcıl dörd derbidə qalib gələn tərəf oldu. Həmçinin "neradzurrilər" tarixlərində ikinci dəfə derbidə iki top fərqi ilə geri düşmələrinə baxmayaraq, sonda qələbə qazanmağı bacardılar. İlk belə hal 1943-cü ilin noyabrında qeydə alınmışdı və həmin qarşılaşmanı "İnter” 6:5 hesabı ilə öz xeyrinə bitirmişdi. "Torino” bu həftə yeni baş məşqçi Morena Lonqo ilə meydana çıxdığı ilk oyunda məğlub olmaqla yanaşı, 1959-cu ildən bəri ilk dəfə ardıcıl 3 çempionat oyununda qapısında 14 qol gördü. "Latsio” məğlubiyyətsizlik seriyasını 18 oyuna çatdırmaqla klub rekorduna imza atdı. "Atalanta” cari mövsümdə 61 dəfə rəqib qapılarına yol tapmaqla 23 tur ərzində "Yuventus”un 1959/60 mövsümündəki rekordunu təkrarladı. Çempionatın lid