Найти в Дзене
Intime.az

Türkiyə Azərbaycanla sərhədi bağladı

Naxşıvan-Dilucu sərhədi
Naxşıvan-Dilucu sərhədi

İranda koronavirusun yayılması xəbəri qonşu ölkələri, o cümlədən, Türkiyəni də narahat edib.

Intime.az xəbər verir ki, Türkiyə virus təhlükəsinə görə Naxçıvan-Dilucu sərhəd qapısını bağlayıb. Türkiyəyə qonşu olan İranda son bir həftədə koronavirus təhlükəsinin artması və bu virus səbəbindən səkkiz adamın ölməsi səbəbi ilə Naxçıvan-Dilucu sərhəd qapısının bağlanıldığı bildirilib. Müvafiq olaraq, sərhəddə yoxlamalar da həyata keçirilir.

Türkiyə Səhiyyə Nazirliyi qonşu İranda koronavirusun yayılması ilə əlaqədar tədbirlər görüldüyünü və bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini bildirib. Bu tədbirlər çərçivəsində ilk növbədə Naxçıvan-Dilucu sərhəd qapısı giriş və çıxışlara bağlanıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı səkkizə çatıb