İnsan yaşa dolduqca bəzi xəstəliklərlə üzləşir. Bunlardan biri də öddə, böyrəkdə olan daşlardır ki, onların əmələ gəlməsində səbəb orqanizmdə olan çöküntülərdir. Intime.az xəbər verir ki, böyrək paxlayabənzər cüt orqan olub, uzunluğu 10-12 santimetrdir. Gün ərzində böyrəklər 200 litr qan filtrasiya edir. Həmçinin böyrək arterial təzyiqin normada saxlanılmasında böyük rol oynayır, sümük toxumasının yaranmasında iştirak edir. Sidiyin əmələ gəlməsində və xaric olunmasında böyrəklərin rolu böyükdür. Bu zaman hansısa bir pozğunluq yarandıqda, böyrəkdə mineral çöküntülər əmələ gəlir. Get - gedə bu çöküntülər daşlaşır və böyrək daşı əmələ gəlir. Böyrəkdə daş əmələ gəlməsinin əsas səbəblərindən bir də maddələr mübadiləsinin və su-duz balansının pozulmasıdır. Duz balansı pozulduqda böyrəkdə duzun miqdarı artır, duz daşlaşmağa başlayır. Oturaq həyat tərzi də böyrəkdə daş əmələ gəlməsinə səbəb olan amillərdəndir. Oturaq həyat şəraiti kalsiumun sümüklərdən xaric olmasını sürətləndirir, qanda kal