Cənub qonşumuz İranda koronovirusa yoluxma halının aşkarlanması bu ölkəyə gediş-gəlişə də təsirsiz ötüşməyib. Belə ki, hər iki istiqamətdə sərhədi keçənlərin sayında kəskin azalma var. Intime.az xəbər verir ki, Səhiyyə Nazirliyi də bununla bağlı insanlara xəbərdarlıq edib. Bir çox ölkələri öz ağuşuna alan koronavirusun İrana keçməsi ora ilə əlaqələrimizə ciddi təsir edib. Turizm şirkətləri vəziyyətlə bağlı ciddi naratlıq keçirir. Turizmçilərin sözlərinə görə, problemlə bağlı olaraq artıq ölkəmizdən İrana gedən insanların sayı kəskin azalıb. İranda olan ziyarətlərlə bağlı edilən müraciətlərin çoxundan imta edilib. Turizm üzrə ekpert Rəhman Quliyevin sözlərinə görə, bununla bərabər az da olsa dini yerlərə ziyarətə gedənlər var ki, onların da hər birinə diqqətli olmaları tövsiyyə edilir. Mart ayında Novruz bayramı ilə əlaqədar daha çox İrandan Azərbaycana turistlər gəlir. Bu statistikada da ciddi azalma müşahidə olunur. Daha çox ölkəmizə turist İrandan gəlirdi. Belə ki, bir müddət əvvəldə
SON DƏQİQƏ: Səhiyyə Nazirliyi koronavirusla bağlı xəbərdarlıq etdi - VİDEO
23 февраля 202023 фев 2020
116
1 мин