Ortodoks (və ya pravoslav) yəhudilər gün ərzində Tövratın minimum 613 qaydasına əməl etməlidirlər. Təkcə qara şlyapanın 34 növü vardır ki, bu da öz sahibi haqqında hər hansı bir informasiyanın daşıyıcısı hesab olunur. Məlumatlı adamlar — baş örtüyünün formasından, corabının rəngindən anlayır ki, bu adam yerusəlimlidir, hansı admorun həsididir və ya artıq evlidir.
“İncil” dövrlərində yəhudilər olduqca fərqli geyinir, geyimlərinə görə digər xalqlardan seçilirdilər. Yəhudi müdriklərinin fikrincə, İsrail xalqı öz milli geyimlərinə xəyanət etmədiklərinə görə Misirdən çıxarılmışlar. O zamandan bəri yəhudi xalqı bütün dünyaya səpələnmişlər. Dini nümayəndələr qarşılaşarkən, öz qan qardaşlarını qara paltarın xarakterik formasına görə tanıya bilirlər.
Yəhudilərdə dini-milli tələblərə görə, bütün yəhudilərin istifadə etdiyi “alaha” təməli geyim forması mövcuddur. Bu, başın örtülməsində nəzərdə tutulan dördkünc formalı geyim növüdür. Başdan keçirilməsi üçün deşiyi olan dördkünc və hər küncündə