Birinci versiya – “Hiylə günü”
XV əsrin sonlarında səlib ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Qışın soyuq keçməsinə baxmayaraq, müsəlmanlar qalanı qorumaq üçün çox vuruşur. Aylarla davam edən mühasirədən bezən səlib ordusunun komandiri hiyləyə əl atır. 31 mart gecəsi qalanın qarşısına gələrək, bir əlində “Quran”, digər əlində də “İncil” tutub: “Bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm”, — deyir. Müsəlmanlar qalanı nəhayət səlib ordusuna təslim edir. Səhəri gün – yəni 1 apreldə komandir müsəlmanların öldürülməsini əmr edir. Təəccüblənən əhali ona verdiyi sözü xatırladanda: “Mən o sözü dünən axşam üçün vermişdim, bu gün üçün yox”, — deyir. O gündən bəri 1 aprel xristian ölkələrində “Hiylə, aldatma günü”, bəzən də “Axmaqlar günü” kimi xatırlanır.
İkinci versiya – “Axmaqlar günü”
Üçüncü versiya – “Zarafat günü”
Bir səhər Peterburq əhalisi yanğın həyəcanı siqnalının səsinə yuxudan oyanır. Ancaq az sonra məlum olur ki, yanğın siqnalı səhvən verilib. Həmin gün aprelin 1-i idi. Bu hadisədən sonra, Rusiyada aprelin ilk günü “Zarafat günü” kimi qeyd olunmağa başlayıb.
Dördüncü versiya – “Gülüş günü”
Bəzi tədqiqatçıların fikrincə, bu ənənə Qədim Hindistanda meydana gəlib, çünki 31 mart onlarda “Gülüş günü” kimi keçirilir. Bir qrup tarixçi “Gülüş günü”nü Avropa karnavallarında nümayiş etdirilən küçə tamaşaları (balaqan) ilə əlaqələndirir. Bu bayramın geniş səviyyədə yayılması XVIII əsrdə baş verib. Hazırda dünya əhalisinin 70%-i 1 apreli məhz “Gülüş günü” kimi qeyd edir və dost-tanışla