Xanımlar,mən sizinlə şüur və şüuraltından danışmaq istəyirəm.
Heç kimə sirr deyil ki,beyin 2hissədən -şüur və şüuraltından ibarətdir.
Şüur beynimizin xarici hissəsidir və bizim hərəkətlərimizin 5 faizini təşkil edir.Şüuraltı isə beynimizin daxili hissəsidir və insanın idarə olunmasının 95 faizini təşkil edir.
"Şüuraltımız hər şeyə malikdir" kitabının müəllifi Jozef Mörfi deyir ki, şüuraltı beynimizi idarə edən gücdür.
Şüuraltı daxilimizdəki Məndir.Yəni o,bizim intuisyalarımız və yaradıcı qabiliyyətimizdir.
Beynimizin daxili hissəsində həyatımız boyu gördüyümüz,hiss etdiyimiz və topladığımız məlumatlar toplanır.
Hələ körpə yaşlarından duyduğumuz emosional hislər , valideynlərimizin verdiyi tərbiyə, ətraf aləmlə tanışlığımız bizim şüuraltımızın formalaşmasına köklü surətdə təsir edən amillərdəndir.
Bizim gələcək həyatımızın nə cür olması da sırf şüuraltımızın hansı tərzdə formalaşmasından asılıdır.