Найти тему
Report Informasiya Agentliyi

Libertadores Kubokunda ikinci finalçı bəlli oldu

Futbol üzrə Libertadores Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

"Report" xəbər verir ki, Braziliyanın "Santos" komandası yarımfinalın ikinci görüşündə Argentina təmsilçisi "Boka Xuniors"u 3:0 hesabı ilə məğlub edib.

Komandalar arasındakı ilk görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, "Santos" yanvarın 30-da finalda Braziliyanın digər klubu "Palmeyras"la üz-üzə gələcək. Beləliklə, tarixdə üçüncü dəfə Libertadores Kubokunun finalında Braziliyanın iki təmsilçisi mübarizə aparacaq.