Ciddi yüklənmələrin yerinə yetirilməsi zamanı (məsələn: fiziki məşqlər, uzun yolda səfər, sessiyaya hazırlıq) insan çox yorğun olduğunu hiss edə bilər, sonra qəflətən əzələlərində yüngüllük, zehin aydınlığı yarana bilər. Bu fenomeni bir çoxları “ikinci nəfəs” kimi xarakterizə edir. Həkimlər əmindirlər ki, bu termin tam əsaslıdır və həqiqi fizioloji izaha sahibdir. Bəs “ikinci nəfəs” nədir və onu həkimlər necə izah edirlər? Bu suala “Medinsentr” klinik-diaqnostik mərkəzin müalicəvi fizioterapiya şöbəsinin müdiri, yüksək kateqoriyalı reabilitoloq-həkim Aleksandr Sibilev cavab verir: - “İkinci nəfəs”, - intensiv fiziki yüklənmə zamanı güclü yorğunluqdan sonra fiziki iş qabiliyyətinin əhəmiyyətli artımı ilə müşahidə olunan fizioloji təsirdir. Orqanizm enerjini qida maddələrindən sintez olunan adenozintrifosfat maddəsini parçalayaraq alır. Sintez ya oksigen (aerob yüklənmə), ya da onun iştirakı olmadan (anaerob yüklənmə) baş verir. Orqanizm üçün daha təbii və effektiv olan aer