Ens.az xəbər verir ki, Gürcüstanın "Georgian Airways" aviaşirkəti sərnişinlərinə Moskvaya Yerevandan tranzit uçuş təklif edib. “8 iyuldan etibarən Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasından Gürcüstan istiqamətində aviadaşımalar qadağan edildi. Rusiyanın Nəqliyyat Nazirliyinin məlumatına görə, qadağa gürcü aviaşirkətlərinə də təsir edəcək. 8 iyuldan etibarən qadağa qüvvəyə mindiyi halda, Georgian Airways aviaşirkəti öz sərnişinlərinə Tbilisi-Yerevan-Moskva tranzir uçuşları təklif edəcək”, - şirkətin Facebook səhifəsində bildirilir. Müəllif: Famil Ələkbərov Mənbə: sputnik-georgia.ru
Moskvaya Yerevandan: gürcü avia şirkəti sərnişinlərə tranzit uçuş təklif edir
23 июня 201923 июн 2019
11
~1 мин