Найти тему
FAM Group Media

Ronaldunun yaxta üçün bir həftəlik xərcləri məlum oldu

Ens.az xəbər verir ki, Kriştianu Ronaldu Yunanıstanda bir həftəlik yaxta icarəyə götürüb.

Kriştianu Ronaldu lüks sevir və özünün həyat tərzini göstərməkdən utanmır. Bir neçə gün əvvəl məlum oldu ki, Yunanıstanda villada iki gecə qalmaq ona 56 min avroya başa gəldi, indi isə TMZ portalı Kriştianu Ronaldunun yaxta icarəsi üçün ödədiyi dəyəri dərc edib.

Mənbəyə istinadən, Kriştianu Ronaldu özünün həftəlik tətilini dənizdə keçirmək üçün 200 min avro ödəyib. Qayıq “Afrika I” adlanır, uzunluğu 47 metrdir, onun altı otağı, qonaq otağı, məşq zalı və kinoteatrı var.

Müəllif: Famil Ələkbərov

Mənbə: isport.ua