Microsoft həmtəsisçisi Bill Qeyts şirkət rəhbəri vəzifəsində hansı səhvə görə özünü qınadığından danışıb. Forbes siyahısında ikinci olan əmindir ki, mobil cihazlar üçün iOS alternativini Google deyil, Microsoft yaratmalı idi, amma bu Android oldu. Ens.az xəbər verir ki, Bill Qeyts Village Global verçur fondundakı tədbirdə çıxış edib. Milyarder Amazon rəhbəri Ceff Bezos və facebook rəhbəri Mark Zukerberqlə birlikdə ən məşhur investorlarından biridir. Qeyts qeyd edib ki, xüsusilə mobil platformalar sahəsindəki proqram təminatı bazarında “qalib hər şeyi əldə edir”: keyfiyyətli məhsulu ilk hazırlanayn şirkət lider olur. Milyarder hesab edir ki, dünyada Apple ilə rəqabət apara biləcək bircə əməliyyat sistemi üçün yer var. “Sizdə proqramların yarısı və ya 90%-i varsa - siz onda uğursuzluq yolundasınız", Qeyts bildirib. “Mənim ən böyük səhvim - pis rəhbərlikdir ki, bu da Microsoftun Androidin - Apple şirkətinin məhsulu olmayan smartfonlar üçün standart platformanın yerində olmağına mane oldu