Ola bilsin ki, onlardan ən əsası sizə aiddir: unutmayın ki, uşaqlar keçiddən kənara qaçmaq numunəsini valideynlərdən götürür. Ens.az bildirir ki, uşaq psixoloqları, həmçinin sadəcə təcrübəli insanlar əmindirlər ki, balaca uşaqlar böyüklərin davranışını köçürürlər. Əgər valideynlər yol hərəkət qaydalarına əməl etmirlərsə, onda uşaqlar da əməl etməyəcəklər - ən azından məktəbə qədər, burada şanslı olduqda valideynlərin səhvlərini müəllimlər düzəldir. Nə üçün uşaqların qaydalara əməl etmələri lazım olduğu sualına isə sadə bir cavab var: yaşamaq üçün. Əsas məsələləri isə uşaq yeriməyə və danışmağa başlayana qədər öyrətmək olar. Uşaq maşında uşaq oturacağına oturanda, kəməri bağlayanda səbrlə təhlükəsizlik üçün lazım olduğunu izah edin. Görəcəksiniz: iki il sonra uşaq özü kəmərin bağlanmasına nəzarət edəcək, unutduqda isə mütləq sizə xatırlatacaqdır. Əlbəttə, işıq əks etdirən jilet həmişə uşağın üzərində ola bilməz. Amma geyimdə işıq əks etdirən elementlər arzuolunandır. Amma uşaqlar onlara