Bu il yay çox isti olmalıdır. Yüksək temperaturdan təkcə insanlar deyil, avtomobillər də əziyyət çəkir. Bu gün sizə istiliyin avtomobil və sahibi üçün nə qədər təhlükəli olmasından danışacağıq. Ümid edirik ki, bu informasiya sizin üçün faydalı olacaq. Şüşə və plastik Avtomobil uzun müddət isti havada olduqda salonda plastik korlana bilər. Heç də təəccüblü deyil ki, tünd rəngli qara salonlu avtomobil gün altında bir neçə saat qaldıqda 70°С-yə qədər və daha çox qıza bilər. Buna görə də isti ölkələrin sakinləri açıq rəngli salon və banı olan avtomobilləri seçirlər və günəşdən qoruyan, şüa əks etdirən ekranları da unutmurlar. Əgər isti havada sükan arxasına keçirsinizsə, bu zaman kondisioneri dərhal işlətməyin. Temperaturun dərhal düşməsi səbəbindən ön şüşələr partlaya bilər. Belə hallar az deyil. Qaz alışqanları və aerozol balonları İstiliyin təsiri nəticəsində salonda olan alışqanlar və aerozol balonları partlaya bilər. Ən yaxşı halda salon korlana bilər, ən pis halda isə yanğın başlaya