Multikameralı arxitektura nə üçün lazımdır? Nə üçün müasir smartfonlarda iki və ya üç kamera var? Bunu ətraflı araşdıraq. Smartfonlarda kameraların sayı o qədər sürətlə artır ki, bəzi modellərdə artıq 3 ədəddir. Biz elə hesab edirik ki, ikili və üçlü kamerası olan telefonlar daha yaxşı şəkil çəkir (bu belədir). Gəlin smartfona yaxşı çəkiliş üçün məhz neçə kameranın lazım olduğunu aydınlaşdıraq. Yer çox azdır! Mobil telefon dizaynlerlərinin kədərli həyatının əsas faciəsi yerin olmamasıdır. Müasir smartfonun qalınlığı artıq çoxdan on millimetrdən çox deyil və belə dar yerə normal fotokamera obyektivini yerləşdirmək sadəcə mümkün deyil. Daha çox işıq toplamaq və kadrın maksimum yaxınlaşmasını təmin etmək üçün “hərəkət etdirilə biləcək” müxtəlif ölçülü bir neçə şüşə linzalarla təchiz etmək normaldır. Kamerafonların yayıldığı vaxtda tam hərəkət edən obyektivli smartfon hazırlamaq cəhdləri olmuşdu. Bu, yumşaq şəkildə desək buldoqun kərgədanla hibridi kimi görünürdü. Samsung Galaxy K-Zoom