CarPrice analitikləri əsas qiymətləndirmə meyarı kimi ancaq bir parametr - texniki vəziyyəti götürdülər: mühərrik, ötürmə qutusu və avtomobilin digər sistemlərinin etibarlılığı. Ens.az xəbər verir ki, təqdim olunmuş bütün avtomobillərin yaşı 3-5 arasındadır, aralarında nadir və eksklüziv, həmçinin taksi kimi işləmiş avtomobil yoxdur. Yüksək bal toplamış bütün modelləri iki qiymət qrupuna - 15 min dollara qədər və ondan bahalı olanlara ayırdılar. 15 min dollara qədər qiymət kateqoriyasında ən yaxşı onluqda ancaq yapon və Koreya avtomobilləri təqdim olundu. Siyahıya 4,95 xal toplamış yenilənmiş Mazda III başçılıq etdi, sonra 4,93 xalla dördüncü nəsil Toyota RAV4, 4,93 xalla birinci nəsil Suzuki SX4, 4,92 xalla ikinci nəsil Suzuki SX4 gəldi, liderlər beşliyini isə 4,92 xalla Toyota Corolla XI bağladı. İndi isə 15 min dollardan bahalı avtomobillərdən danışaq. Maraqlıdır ki, Nissan X-Trail eyni zamanda hər iki reytinqə daxil oldu, çünki buraxılış ilindən asılı olaraq, bu model qiymətinə hər