Добавить в корзинуПозвонить
Найти в Дзене
Open.az

Araz Ağalarov Mayamidəki evini satdı - 8,5 milyon dollara...

Azərbaycanlı milyarder, Rusiyanın daşınmaz əmlak krallarından olan Araz Ağalarov ABŞ-ın Florida ştatının Mayami kurort şəhərində elit “Palazzo Del Sol” kompleksindəki mənzilini 8.5 milyon dollara satıb. Open.az "Therealdel.com"a istinadən xəbər verir ki, sözügedən mənzilə Rusiya parlamentinin deputatı Boris Reznik sahib olub. İlkin məlumatlara görə, mənzilin satışına dair sövdələşməyə əsasən əmlakın hər kv.metri üçün 1786 dollar hesablanıb. Lakin bu qiymətə mənzilin mebeli daxil olmayıb. Reznik mebellər üçün əlavə 930 min dollar ödəyib və ümumilikdə əmlakın satış qiyməti 9.4 milyon dollara başa gəlib. Qeyd edək ki, Ağalarov 2016-cı ildə “Fisher İsland” yaxınlığında yeni tikilib istifadəyə verilmiş “Palazzo Del Sol” elit apartamentinin bir hissəsini almaq üçün 10.7 milyon dollar ödəmişdi.

Azərbaycanlı milyarder, Rusiyanın daşınmaz əmlak krallarından olan Araz Ağalarov ABŞ-ın Florida ştatının Mayami kurort şəhərində elit “Palazzo Del Sol” kompleksindəki mənzilini 8.5 milyon dollara satıb.

Open.az "Therealdel.com"a istinadən xəbər verir ki, sözügedən mənzilə Rusiya parlamentinin deputatı Boris Reznik sahib olub.

İlkin məlumatlara görə, mənzilin satışına dair sövdələşməyə əsasən əmlakın hər kv.metri üçün 1786 dollar hesablanıb. Lakin bu qiymətə mənzilin mebeli daxil olmayıb. Reznik mebellər üçün əlavə 930 min dollar ödəyib və ümumilikdə əmlakın satış qiyməti 9.4 milyon dollara başa gəlib.

Qeyd edək ki, Ağalarov 2016-cı ildə “Fisher İsland” yaxınlığında yeni tikilib istifadəyə verilmiş “Palazzo Del Sol” elit apartamentinin bir hissəsini almaq üçün 10.7 milyon dollar ödəmişdi.