Найти в Дзене
Report Informasiya Agentliyi

“Coca-Cola” işçilərini ixtisar edir

ABŞ-ın və dünyanın aparıcı içki istehsalçısı - “Coca-Cola” şirkəti 2,2 min işçisini ixtisar edəcək. Bunun 1,2 min nəfəri ABŞ-da, qalanı isə digər ölkələrdə işləyənb şəxslər olacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ixtisarlar “Coca-Cola”nın koronavirus (COVID-19) pandemiyasının təsiri ilə iş modelində həyata keçirdiyi yenidənqurma çərçivəsində baş tutacaq. Bununla da, şirkətin işçilərinin satı 84 minə düşəcək.