Найти тему
Report Informasiya Agentliyi

Slovakiya Qarabağda müharibənin başa çatmasını alqışlayır

Slovakiya Qarabağda hərbi əməliyyatların başa çatmasını alqışlayır.

“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlamış 27-ci iclasında Slovakiyanın xarici işlər naziri İvan Korçak bildirib.

Nazir bölgəyə qaçqın və məcburi köçkünlərin qaytarılmasını, humanitar yardım göndərilməsini, infrastrukturun bərpasını zəruri hesab edib.

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”, – deyə slovakiyalı nazir qeyd edib.