Найти в Дзене
Report Informasiya Agentliyi

Açıq havada tibbi maskadan istifadə virusdan necə qoruyur?

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirusdan qorunmaq üçün açıq havada tibbi maskalardan istifadənin təsirləri barədə məlumatlara münasibət bildirib.

Bununla bağlı "Report"a açıqlama verən azərbaycanlı alim bildirib ki, qapalı məkanlarda tətbiq edilən karantin qaydalarının açıq havada da reallaşdırılması məqsədəuyğundur.

Onun sözlərinə görə, açıq havada fərqli tibbi maskalardan istifadənin effektivliyi ilə bağlı müxtəlif elmi-tibbi tədqiqatlar mövcuddur:

"Ümumilikdə, onu deyə bilərəm ki, insanların çox olduğu açıq məkanlarda tibbi maskalardan istifadə olunması və ara məsafəsinin gözlənilməsi virusdan qorunmaq və onun yayılmasının qarşısının alınması üçün çox vacib amillərdən biridir. Çünki aylar öncə virusun yeni yayıldığı vaxtlardan fərqli olaraq, bu gün bu yoluxucu xəstəlik haqqında əldə olunmuş geniş məlumatlar onu deməyə əsas verir ki, qapalı məkanlarda tətbiq edilən karantin qaydaları açıq havada da reallaşdırılmalıdır".