Найти тему
Report Informasiya Agentliyi

Teylor Svift “American Music Awards”da ilin artisti seçilib

Teylor Svift “Artist of the Year American Music Awards 2020” nominasiyasında qalib olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Otuz yaşlı T.Svift 10 dəfə “Qremmi” və 30 dəfə “American Music Awards” mükafatı qazanıb. 2019-cu ildə “Forbes” jurnalı onu ilin ən yüksək ödənişli artisti adlandırıb: müğənninin gəliri 185 milyon ABŞ dolları olaraq qiymətləndirilib. Keçən il “Time” jurnalı onu dünyanın ən nüfuzlu 100 adamından biri seçib.