Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Zakir Bağırovdur.
"Report" xəbər verir ki, o, 1929-cu ildə Şuşada doğulub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib və fəlsəfə kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.
Mədəniyyət tariximizdə özünəməxsus yeri olan Zakir Bağırov uzun müddət Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb.