"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdıqları oyunla bağlı Heydər Əliyev adına beynəlxalq aeroportunda "Report"un suallarını cavablandırıb. - Əvvəlcə oyun barədə fikirlərinizi bilmək istərdik... - Çox ağır oyun keçdi. Əlbəttə, Kiprə maksimum nəticə əldə etmək üçün getmişdik. Amma çoxsaylı qol epizodlarından yaxşı istifadə edə bilmədik. Həmişə demişəm, penaltilər seriyası idman lotereyasıdır. Məğlub olduq, heç istəməzdik. Futbolçularımız çox əziyyət çəkdilər. Sadəcə, onların əziyyətlərinə üzülürəm. Sözün həqiqi mənasında meydanda əsl kollektiv gördüm. Hər bir halda düşünürəm ki, bizim üçün böyük təcrübə oldu. - Oyuna bir həftə qalmış matçın neytral meydana salınmasının komandanıza psixoloji təsiri oldumu? - Əlbəttə, çox təsiri oldu. Əvvəl də bildirmişdim, püşkatmadan bir və ya iki gün əvvəl desəydilər ki, oyunumuz səfərdə olacaq, bizim üçün hazırlaşmaq bəlkə də da
Qurban Qurbanov: "Bu məğlubiyyətin təsiri bizdən qısa vaxtda getməyəcək"
17 сентября 202017 сен 2020
2 мин