Çinin cənubundakı Çjuxay (Quandun əyaləti) şəhərində partlayış olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 5:00-da) otelin yaxınlığında baş verib. Partlayış zamanı iki nəfər xəsarət alıb. Hələlik ölənlərin olub-olmaması barədə də məlumat yoxdur.
Əraziyə yanğınsöndürənlər gəlib, axtarış-xilasetmə işləri aparılır. Hadisənin təfərrüatları açıqlanmır.