Birləşmiş Ştatlar heç kimin bilmədiyi silah sistemlərinə malikdir. "Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Miçiqan ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib. Dövlət başçısına Amerika jurnalisti Bob Vudvordun nəşrə hazırlanan "Rage" ("Qəzəb") kitabındakı iddiaları şərh etməyi xahiş ediblər. Nəşr həmçinin Trampla Vudvordun 18 eksklüziv müsahibəsinə əsaslanır. Jurnalistin sözlərinə görə, ABŞ prezidenti onunla söhbətlərdə bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Çinin malik olmadığı yeni nüvə silah sistemini hazırlayıb. "Bizdə əla silah var. Xeyr, mən məxfi (informasiya) haqqında danışmıram, mən o haqda danışıram ki, biz yaratdıq. Biz əla silahlar yaradırıq. Bizim Hərbi Qüvvələrimiz nə vaxtsa olduğundan daha güclüdür. Biz son 3,5 il ərzində Silahlı Qüvvələrimizə 2,5 trilyon ABŞ dolları xərclədik. İndi bizdə yeni raketlər var. Ümid edirəm, bizə heç vaxt ondan istifadə etmək lazım gəlməyəcək, amma nüvə (silahımız-red) indi son onilliklər ərzində ən yaxşı vəziyyətdəd
Tramp ABŞ-ın gizli silahının olduğunu açıqladı
11 сентября 202011 сен 2020
1 мин