Найти тему
Report Informasiya Agentliyi

Kaliforniyada meşə yanğınlarının söndürülməsi zamanı 14 nəfər xəsarət alıb

ABŞ-ın Kaliforniya ştatının mərkəzi hissəsində təbii meşə yanğınlarını söndürərkən yanğınsöndürənlər də daxil olmaqla 14 nəfər müxtəlif dərəcəli yanıqlar alıb, tüstüdən zəhərlənib.

Bu barədə “Report” "Associated Press"ə istinadən xəbər verir.

Yaralananlardan üçü hava yolu ilə Fresno şəhərindəki xəstəxanaya çatdırılıb. Bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.