Yarımmüdafiəçi Qaret Beyl "Real" komandasından gedişi ilə bağlı variantları nəzərdən keçirməyə hazırdır.
“Report”un məlumatına görə, bu barədə "Sky Sports" bildirib.
Yarımmmüdafiəçinin sözlərinə görə, komanda ötən mövsümdə ona getməyə imkan verməyib, bütün təkliflərin qarşısı alınıb.
"Mən hələ futbol oynamaq istəyirəm. Amma hələ hər şey klubdan asılıdır, onlar hər şeyə nəzarət edirlər. Müqaviləm qüvvədədir, amma başqa layihənin hissəsi olmaq istəyirəm.
Mənim 31 yaşım var, əla formadayam və oynamaq istəyirəm. Özümü belə hiss edirəm, sanki çox şey verə bilərəm. Görək hər şey necə bitəcək”, - Beyl deyib.