Türkiyənin "Qalatasaray" klubunun "Neftçi"yə qarşı keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin matçı üçün səfər proqramı bəlli olub. "Report"un məlumatına görə, İstanbul təmsilçisi sentyabrın 16-da Bakıya gələcək. "Sarı-qırmızılar" həmin oyun üçün iştirak ərizəsini də UEFA-ya göndərib. Baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur. Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək. Qapıçılar: Okan Kocuk, Fatih Öztürk Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao. Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika. Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagn
"Qalatasaray"ın Bakıya gələcəyi vaxt bəlli oldu
14 сентября 202014 сен 2020
~1 мин