ABŞ-da atışma olub.
“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə İllinoys ştatının Çikaqo şəhərində qeydə alınıb.
Belə ki, naməlum şəxs tərəfindən törədilən silahlı insident nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.
Yerli kanallardan biri xəbər verib ki, atışma Lumes Pancake evində baş verib. Yanğınsöndürənlərin sözlərinə görə, naməlum şəxs küçə örtüyünün altında yemək yeyən insanlara atəş açıb.
ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var
31 августа 202031 авг 2020
~1 мин