Azərbaycan UEFA reytinqindəki mövqeyində dəyişlik olub. "Report"un məlumatına görə, bu, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub etməsi sayəsində gerçəkləşib. Aktivinə 0,375 xal yazan Azərbaycan 15.125 xalla 26-cı yerdən 25-ci pilləyə yüksəlib. Buna həm də Rumıniyanın Çempionlar Liqasındakı təmsilçisi ÇFR-in Xorvatiya "Dinamo"su (Zaqreb) ilə 2:2 hesablı heç-heçə etməsi səbəb olub. Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatmada müəyyənləşəcək.
UEFA reytinqi: Azərbaycan yenidən irəlilədi
27 августа 202027 авг 2020
~1 мин