Almaniyanın "Bavariya" klubu tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub. "Report"un məlumatına görə, Münhen təmsilçisi 11-ci dəfə çıxdığı həlledici qarşılaşmada Fransa PSJ-sini məğlubiyyətə uğradıb - 1:0. Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luş" stadionunda keçirilmiş görüşdə yeganə qolu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Fransalı yarımmüdafiəçi yetirməsi olduğu klubu məyus edib. Bununla da Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv 7 ildən sonra Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib. Çempionlar Liqasının bombardiri adına isə "Bavariya"nın hücumçusu Robert Levandovski sahib olub. O, 11 oyuna 2-si penaltidən olmaqla, 15 qol vurub və 6 məhsuldar ötürmə verib. Polşalı forvarda 2013/2014 mövsümünün bombardiri olmuş Kriştianu Ronaldunun rekordunu təkrarlamaq üçün 2 top çatmayıb. Digər tərəfdən, 1998-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının final matçı 1:0 hesablı nəticə ilə yekunlaşıb. 22 il əvvəl finalda İspaniya "Real Madrid"i İtal
"Bavariya" Çempionlar Liqasının 6 qat qalibi oldu
24 августа 202024 авг 2020
1 мин