Найти тему
Report Informasiya Agentliyi

BMT Azərbaycana dərman göndərib

Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsinə dəstək məqsədi ilə həyata keçirilən layihə çərçivəsində Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda vərəmin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu dəfəki çatdırılmada BMTİP-nin beynəlxalq təchizat zənciri vasitəsilə ölkəyə 2 395 qutu dərman preparatı gətirilib.

Bu günə qədər layihə ölkədə 7 300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.