Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.