Найти в Дзене
Report Informasiya Agentliyi

Azərbaycan ət idxalını 15% azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 72,1 milyoln ABŞ dolları dəyərində 39,5 min ton ət idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,4 milyon dollar (0,6 %) çox və 6,8 min ton (14,8 %) azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,7 %-ni təşkil edib.