Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün arxada qalan 13 turunda 51 oyun keçirilib.
"Report" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu matçlarda meydan sahibləri 18 qələbə qazanıb, 16 heç-heçə edib və 17 dəfə uduzub. 131 qolun vurulduğu çempionatda evdə oynayan komandalar cüzi üstünlüyə malikdir – 67:64. Orta məhsuldarlıq 2,57-yə bərabərdir.
Ən yaxşı ev komandası “Qarabağ”dır.