Найти тему
Report Informasiya Agentliyi

Qəbələ RLS-in ərazisində enerji təchizatı sistemi yenidən qurulacaq

“Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC RLS-in ərazisində elektrik enerji təchizatı sisteminin təmiri, bərpası, qəzaların aradan qaldırılması, profilaktik tədbirlərin görülməsi, fasiləsiz enerji təchizatının təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "AzərTranss" MMC-dir.

Qalib şirkətə 249,3 min manat ödəniləcək.

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) balansında olub.