“Neftçi” Azərbaycan çempionatlarında 400-cü ev oyununu keçirib.
"Report" xəbər verir ki, yubiley matçı Premyer Liqanın XIII turuna təsadüf edib. “Keşlə”ni qəbul edən “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.
Bu, “Neftçi”nin öz meydanında 252-ci qələbəsi olub. Aktivində 91 heç-heçə də olan paytaxt təmsilçisi doğma divarlar arasında 57 məğlubiyyət alıb. “Ağ-qaralar” evdə 400 oyun keçirən ilk komanda