Fərdi inkişaf) Dəfələrlə danışmışıq, məqalələr yazmışıq, videolar hazırlamışıq ,bu mövzunu daim insanlara xatırlatmışıq.
Heç bir nəfər durub birdəfə sual verməyib ki, "axırı necə olacaq?" ;"İnkişafın son pilləsində nə baş verəcək?" . Yaxşı ki, soruşmayıblar. Bəlkə də, o vaxt desəydik fikrimizi çatdıra bilməzdik...
- Bəlkə indi deyək? - Deyək !
İnsan inkişaf etdikcə göylərdə özünə yer tapır. Sonra o artıq tam olaraq inkişaf edir. - Aha, nə olur?
- " ŞƏHİD OLUR "
- Necə ey, yani ölür hamı kimi da? - Xeyr, dedim axı ölmür ,Şəhid olur.
Dünyada çata biləcək ən pik məqam, ən pik nöqtə, ən pik uğur- Şəhidlikdir.
Davamlı inkişaf, insanı hazırlayır və yaşayışı başqalarından fərqlənir, ancaq xeyir saçır ətrafa və nəhayət dünya onu öz ovcunda daşıya bilməyəcək qədər ağırlaşır və göylərə qalxır. Heç fikir vermisiz, şəhidlər haqqında hamı yekdilliklə deyir: Mehriban idi, Gülərüz idi, heckimlə işi yox idi, insanlara xidmət edirdi, daim öz üzərində çalışırdı...
Bəli biz danışdıq bunları, sadəcə danışdıq. Onlar isə əməl etdirlər, sadəcə etdilər. Onlar Şəhid oldular , biz isə yerimizdə yenə danışdıq....
Azərbaycan şəhidlərinin, məxsusən son günlərdə şəhid olan qardaşlarımızın ruhları önündə baş əyirik və onlara təşəkkür edirik 🇦🇿
Natiq Xəlilov - təlimçi, karyera məsləhətçisi, təsisçi