Найти в Дзене

İnamın möhtəşəm gücü !

Kəşf etdiyim növbəti qanun İnam Qanunudur
Bu, demək olar, bütün dinlərin, psixologiyanın, fəlsəfə və
metafizikanın əsasını təşkil edən prinsipdir. Inam qanununa əsasən: "Əminliklə inandığınız hər şey sizin üçün reallığa çevrilir". Bibliyada deyilir: "
Sizə inamınıza görə hər şey veriləcək." Harvard universitetindən Uilyam Ceyms yazmışdır: "Inam real faktları yaradır." Məsələ burasindadır ki," Siz gördüyünüzə inanmaqdan daha çox inandığınızı görürsünüz." Qəlbinizin dərinliyindəki inamınız, xarici reallığınızı dəyişərək sizi real vəziyyəti olduğu kimi görmək
əvəzinə özünüz istədiyiniz kimi görməyə vadar edən mövhumat formalaşdırır.
Ən pis inam isə özünüzü məhdudlaşdıran inamdır. Bunlar, yaşadığınız illər ərzində formalaşan,
çox zaman yanlış olan və sizi hansısa bir yolla məhdud olduğunuza inanmağa vadar edən yanlış inamlardır. Biliyinizin, yaradıcılıq qabiliyyətinizin, şəxsiyyətinizin, kütləvi çıxış etmək qabiliyyətinizin, pul qazanmaq bacarığınızın,
fərasətinizin, məqsədlərinizə nail olmaq qabiliyyətinizin kifayət qədər olmadığına inana bilərsiniz. Daim özünü məhdudlaşdıran inamlarınız sayəsində özünüzü "ucuz satmış" olur, tez təslim olursunuz və ən pisi isə ətrafınızdakı insanlara müəyyən qabiliyyətinizin və bacarığınızın olmadığını söyləyirsiniz. Beləliklə də, inamlarınız reallığa çevrilir.

"Siz düşündüyünüz deyilsiniz, lakin düşündüyünüz sizsiniz."

-2


Özünüzü, qarşınıza qoyduğunuz istənilən məqsədə nail olmaq bacarığına malik
olduğunuza tam inandıra bilsəniz, bu inamın reallığa çevrilməsi üçün yollar tapacaqsınız. Nəticədə bütün həyatınız dəyişəcək.
Ən çətin dəyişdirilə bilən şeylər inamlardır. Lakin işin yaxşı tərəfi ondan ibarətdir ki, bütün inamlar öyrəniləndir.
Və öyrənilən hər bir şeyi yaddan çıxarmaq da olar. Altşüurunuzu spesifik tərzdə dəyişdirərək, böyük uğur üçün lazım
olan cəsarət, inam və qarşısıalınmaz inadkarlıq inamlarını formalaşdıra bilərsiniz.

#natiqxalilov