Stres” sözü neqativ bir məna verir, amma buna fərqli perspektivdən baxmağa dəyər. Bəs “yaxşı” kateqoriyasına aid etdiyimiz sözlərin beyində emalının necə getməsi barədə heç düşünmüsünüzmü? Üstünüzə doğru maşın gələndə yolu tez keçmək qərarı verirsiniz və ya hansısa tapşırığın son günü çatdıqda onu sabah üçün çatdırmağa istək nisbətən artır. Bunlar necə baş verir? Beynimiz bizim üçün yaxşı məfhumları, fikirləri seçir və bu sayədə immunitet sistemimiz, nəbzimiz, diqqətimiz və yaddaşımız həyat keyfiyyətimizin yaxşılaşması üçün çalışır. Həmin prosesə “orqanizmin özünü qoruma prosesi” adı verək. Buna baxmayaraq, əgər yaşadığınız stres xroniki vəziyyət alıbsa, bunun digər adı sıxıntıdır. (Hər gecə bir tapşırığın son günü olması sıxıntısı yaşadığınızı düşünün). Bu hal sizin sağlamlığınıza da öz təsirini göstərəcək. Yəni, gərginlik məfhumu təkcə hisslərlə bağlı deyil. Çünki belə bir şəraitdə orqanizminiz bioloji olaraq öz reaksiyasını göstərir.
Orqanizmin özünü qoruma rejimindən danışdım. Bu proses nə qədər xroniki hal alarsa, bədən bir o qədər yorular və əks-təsirlər baş qaldırar. Belə ki, immunitet zəifləyər, bədənin müxtəlif hissələrində iltihablanmalar başlayar, diqqət və yaddaş zəifliyi özünü göstərər və yuxu problemləriniz yaranar. Bütün bunlarla yanaşı, tənəffüs prosesi, əzələlərin işləməsi, narahatlıq və stres hormonları olan kortizol və adrenalinin ifrazında müəyyən dəyişikliklərin olması da istisna sayılmır.
Müharibə zonasında yaşamamanıza rəğmən, stres, qorxu və narahatlıq yağmuru sizi rahat buraxmır və bu zaman bədənin qoruma refleksləri kifayətsiz qalır. Orqanizmin pis zamanlarda göstərdiyi refleksləri artıq bilmədən özü-özünə ziyan verməyə başlayır. Bu tip problemə qarşı gücsüz olduğunuzu düşünə bilərsiniz. Ancaq aparılan araşdırmalar xilasın çox yolu olduğunu göstərir. Məsələnin həlli neqativ emosiyalardan və ya ağrılardan qaçış deyil. Bunun tam əksinə, onlarla üzləşmək və sadəcə orqanizmin ona olan refleksini dəyişmək lazımdır.
Elm deyir ki, qazanılan bacarıqlar sayəsində beyin bədəni ağrıdan və sıxıntılardan uzaqda saxlayacaq və idarə edəcək.