Məlum olduğu kimi, pandemiya dövründə bütün dünya boyu sahibkarlıq sektoruna ciddi ziyan dəyib, karantin məhdudiyyətləri üzündən bir çox şirkət və müəssisə bağlandı, külli miqdarda borclar da ödənilməmiş qaldı.
Bütövlükdə böhranlı dövrlərdə problemli kreditlərin xüsusi çəkisi 20 faizədək, inkişaf edən ölkələrdə isə bəzən 50 faizədək artır. Belə bir qənaət İMF və Avropa Mərkəzi Bankı mütəxəssisləri tərəfindən koronavirus pandemiyasının sözügedən sahədəki fəsadlarını təyin etmək üçün 88 bank böhranının təhlil olunmuş araşdırmasında yer alır.
Hərçənd “Deloitte” tərəfindən dindirilmiş Mərkəzi və Şərqi Avropa banklarının top menecerləri başqa fikirdədir. Belə ki, sorğuda iştirak etmiş 69 nəfər ekspertin yarısına yaxını qarşıdakı 12 ayda problemli kreditlərin cəmi 3 faiz artacağı qənaətindədir. Problemli kreditlərin daha çox turizm, tikinti, nəqliyyat, əmlak sektoru şirkətlərin payına düşəcəyi qeyd olunur.